Ötən il ən çox uşaq cənub bölgəsində doğulub


00:29     17 Fevral 2018 2018/02/usaq_1517495250.jpg

Ötən il Azərbaycanda doğum səviyyəsi Lənkəran (16,4), Dağlıq Şirvan (16,8), Aran (16,1), Quba-Xaçmaz (15,9) və Kəlbəcər-Laçın (15,8) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.


Femida.az-ın məlumatına görə, 2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 144.041 nəfər və ya hər gün orta hesabla 395, saatda isə 16 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1.000 nəfərinə 14,8 təşkil edib.
Məlumata görə, doğulan körpələrin 2.586-sı əkiz, 57-si üçəm olub.

Femida.az

Açar sözlər: #Statistika   #uşaq   #körpə  

Oxunub: 499