Məhkəmədən "Facebook"a - QADAĞA


00:44     17 Fevral 2018 2018/02/5a7e83bab564458f267eb5be417f8948_1518799536.jpg

Belçika məhkəməsi Amerikanın "Facebook" şirkətinə sosial şəbəkə istifadəçilərinin razılığı olmadan internetdə fəliyyətlərini izləməyi qadağan edib.


Femida.az-ın "Trend"ə istinadən məlumatına görə, bu barədə Belçika məhkəməsi qərar çıxarıb.

Qərara görə, şirkət Belçika qanunlarına uyğun olmadığı təqdirə şəxslərin internetdən istifadə məlumatlarını izləməyi və qeydə almağı dayandırmalıdır.

Qərarda qeyd olunur ki, "Facebook" bunu pozduğu halda 100 milyon avro məbləğində cərimə ödəməli olacaq.

Femida.az

Açar sözlər: #Belçika   #Facebook   #Amerika   #Məhkəmə  

Oxunub: 871