Kofe aparatları pulun qalığını qaytarmır - VİDEO


01:01     17 Fevral 2018 2018/02/5a86edfd9edca_vlcsnap-2018-02-16-18h38m44s118_1518800600.png

Kofe aparatından kofe alıb içən şəxs, ödədiyi 1 manatının qalığını geri ala bilməyib. O iddia edir ki, dəfələrlə həmin aparat pulun qalığını geri qaytarmayıb. Ümumiyyətlə belə qurğuların qalıq qaytarmaması haqda tez tez xəbərlər eşidirik. Görəsən buna nə səbəb olur?


İsti kofe almaq istəyən şəxs aparata yaxınlaşır və qiyməti 80 qəpiya olan kofe seçir

Ödəniş etmək üçün aparata 1 manat daxil edir. Kofeni əldə edən şəxs xeyli gözləsə də, pulunun qalığını ala bilmir. Halbuki, bu aparatların pulun qalığını qaytarmaq funksiyası var.

Görüntüləri paytaxt sakini Rüfət Abdullayev çəkərək vatsap nömrəmizə göndərib. Onun dediyinə görə, artıq 3-cü dəfədir bu halla qarşılaşır. Yəni kofe aparatları pulun qalığını qaytarmır.

Problemin səbəbini araşdırmaq üçün sözügedən aparatın aid olduğu şirkətlə əlaqə saxladıq. Şirkətin texniki məsələlər üzrə direktoru Elxan Cavadov bildirdi ki, bu tipli problemlər mütəmadi olaraq yaşanır. Bunun da başlıca səbəbi aparatlara daxil edilən qəpiklərin digər ölkələrə məxsus olmasıdır.

Elxan Cavadov bildirdi ki, istifadəçilər bu kimi hallarla qarşılaşdığı təqdirdə mütləq həmin aparatların üzərində qeyd edilən nömrələrlə əlaqə saxlasınlar. Onların problemləri araşdırılacaq.



Femida.az

Açar sözlər: #Kofe   #Qalıq   #Ödəniş  

Oxunub: 1038