Aylıq müavinət, təqaüd və kompensasiya verilməsi qaydası dəyişdi
13:37 17 Fevral 2018
Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişikliklər edib.
Femida.az-ın məlumatına görə, dəyişikliyə əsasən bu Qaydalar sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərlə bərabər bundan sonra sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılmasını da əhatə edəcək.
Bununla əlaqədar Qaydaların da adı dəyişdirilib və “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları" adlandırılıb. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan sənəd və məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunacaq.
Femida.az
Oxunub: 1270
Oxşar xəbərlər
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- ŞAD XƏBƏR: Bu şəxslərə kompensasiya ödənəcək - VİDEO
- Gələn həftə bütün müavinət, təqaüd, kompensasiyalar ödəniləcək
- İyulun 17-də bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək
- Bağlanmış bankların əmanətçilərinə 641 mln manatdan artıq kompensasiya ödənilib
- Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və kompensasiyaların ödənişi yekunlaşıb
- Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir
- Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərə kompensasiya ödəniləcək
- Vaksindən ölümə görə kompensasiya veriləcək? - TƏBİB-dən AÇIQLAMA
- Gəncə sakinlərinə kompensasiyalar verilməyə başlandı (FOTO)