Doğranıb zibil qutusuna atılan qadının kimliyi bilindi - Qətlin şok təfərrüatı


13:56     17 Fevral 2018 qetl83.jpg

Daxili İşlər Nazirliyi Bakıda tapılmış doğranmış qadın meyiti ilə bağlı məlumat yayıb.



Femida.az -ın DİN mətbuat xidmətinə istinadən xəbərinə görə, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.


Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilmişdir.

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər: #Qətl   #Bakı   #kriminal   #xəbər   #Vəkil  

Oxunub: 3552