Hafiz Hacıyev: “Rövnəq Abdullayevin parlamentdə oturmağa vaxtı olmamalıdır”


17:00     16 Sentyabr 2015 hafiz.JPG

Hafiz Hacıyev: "Rövnəq Abdullayevin seçkilərdə iştirakı qanunsuz haldır"


Dünən Yeni Azərbaycan Partiyası seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Siyahı ictimaiyyətə təqdim olunduqdan sonra müzakirələr başlandı. Ən çox maraq doğuran məqam isə əvvəlki seçkilərdə iştirak edib mandat qazanmış bir çox rektorun adının siyahıda olmaması idi. Digər tərəfdən isə siyasi vəzifə tutanların seçkilərdə iştirakına yenə göz yumulmuşdu. Bu əslində əvvəlki seçkilərdə də özünü göstərmişdi. İcraedici və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər parlament seçkilərində iştirak edə bilməz. Buna görə də həmin şəxslərin seçkilərdə iştirakı qanunsuz haldır. Bu, birbaşa olaraq Azərbaycanın Respublikasının Konstitusiyasında qeyd olunur.

Femida.az yaranan sualları cavablandırmaq üçün Müasir Müsavat partiyasının başqanı Hafiz Hacıyev ilə əlaqə saxladı. Hafiz Hacıyevin fikrincə rektorların siyahıya daxil edilməməsi çox mütərəqqi bir haldır, ancaq:

"Bizi maraqlandıran hansı partiyanın hansı namizədi irəli sürməsindən asılı olmayaraq həmin partiyanın dövlətçiliyimiz, bütövlüyümüz naminə çalışmasıdır. Əslində, bu Yeni Azərbaycan Partiyasının öz daxili işidir. Biz buna müdaxilə edə bilmərik. Bəzi rektorların siyahıya daxil edilməməsi əlində çox normal bir haldır. Rektorlar gedib universitetlərindəki təhsilin səviyyəsi ilə maraqlansınlar. Siyasi vəzifə tutanlar parlamentə deputat seçilə bilməz. Bu qanunvericiliyin birbaşa tələbidir. Görünür, bəzi rektorlar tutduqları mövqedən istifadə edərək çalışırlar ki, Azərbaycanda bütün vəzifələri zəbt etsinlər. Mən YAP-ın bu addımını alqışlayıram. Vəzifədə olan şəxsin parlamentə seçilməsi düzgün hal deyil. Demokratik cəmiyyətlərdə bu qəbuledilməz haldır. Sizin inandırım ki, bəzi rektorlar var ki, həm iqtidara, həm də müxalifətə xidmət göstərirlər. Bütün bunlar barədə tədbir görülməlidir. Bu parlament seçkilərində özümüzü elə təqdim etməliyik ki, Avropa Şurasının bizə qarşı qərəzli yanaşmasının son qoyulsun. Həmçinin, Rövnəq Abdullayevin namizəd olması konstitusiyamızın ziddinə hərəkət etməkdir. Rövnəq Abdullayevin işləri kifayət qədərdir. Əslində, onun parlamentdə oturmağa vaxtı olmamalıdır. O gedib neft sahəsində geriləməni aradan qaldırmalıdır. Rövnəq müəllim öz sahəsində xidmət göstərməlidir. Hər şeydən əvvəl bu birbaşa olaraq qanunvericiliyə zidddir. Prezidentimiz çox humanist insandır. O, istəmir ki, kimsə incisin. Ona görə də, Rövnəq Abdullayev və digər siyasi vəzifə tutanların seçkilərdə iştirakına maneçilik törətmir. Azərbaycanın beynəlxalq vəziyyəti çox gərgindir. Deputat mandatı uğrunda yox, Azərbaycanımız naminə, dövlətçiliyimiz, ərazi bütövlüyümüz naminə çalışmalıyıq. Amma neyləyək, bizdə elə acgöz məmurlar var ki, bütün vəzifələrə sahib olmaq istəyir. Üzümü Rövnəq müəllimə tutub deyirəm ki, bu qəbuledilməz haldır".

Hafiz Hacıyev AXCP haqda sualımızı da cavablandırıb:

-Məlumdur ki, AXCP seçkilərdə iştirak etməyəcəyi barədə qərar qəbul edib. Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamənin parlament seçkiləri ərəfəsinə təsadüf etməsi və bütövlükdə seçkilər ərəfəsində Avropanın Azərbaycana təzyiqinin artması nədən xəbər verir? Bu hal Əli Kərimlinin əl-qolunu açacaqmı?

Hafiz Hacıyev:

"Əli Kərimli və dəstəsi sözsüz ki, Avropa Parlamentinin qərarından sonra daha da ruhlanıblar. Bir növ Əli Kərimli yenidən "dirildi". Əli Kərimli arxasında dayanan qüvvədən xəbərdardır. Yenə xalqı mitinqlərə qaldırmağa çalışır. Hətta, o qədər ruhlanıblar ki, bəzi hallarda bizi təhdid də edirlər. Mənim həmin dəstəni məhv etməkdən başqa çarəm yoxdur. Sonuna qədər onlarla mübarizə aparacağam. Lakin həmin satqınlara hakimiyyətin öz içərisindən də dəstək olanlar var. Onu ölkə daxilində qoruyanlar var".

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3597