Kubokun finalı mayın 28-də keçiriləcək
22:03 17 Fevral 2018
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib.
Femida.az-ın PFL-in saytına istinadən verdiyi xəbərə görə, işgüzar görüş zamanı milli komandamızın qarşıdakı oyunlarının təqvimi müzakirə edilib.
Yığmamızın 29 mayda Qırğızıstan millisi ilə yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, Azərbaycan Kubokunun final görüşünün vaxtında hər hansı bir dəyişiklik edilməyəcək. Belə ki, Azərbaycan kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 28 may Respublika günündə baş tutacaq.
Millimizin mart toplanışı və 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq futbol təqvimində müəyyən dəyişiklik ediləcək. Bu barədə məlumat yaxın günlərdə məlumat veriləcək.
Femida.az
Oxunub: 512
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Aİ Rusiyanın Milli Hesablaşma Depozitarisinə qarşı sanksiya tətbiq edib
- Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun rəisini təqaüdə göndərib
- Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb - RƏSMİ
- Ukrayna Milli Qvardiyasının canlı qüvvə itkisinin sayı ilk dəfə açıqlanıb
- Putin Milli Qvardiya Qoşunlarının əməliyyatlarını qiymətləndirib
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- İlham Əliyev Tacikistan Ali Məclisi Milli Məclisinin sədrini qəbul edib