Şeyxülislam: “İndi çətin dövrdə yaşayırıq”


17:25     09 May 2015 indi%20cetin%20dovrde%20yasayiriq.jpg

"Dünyada çoxlu müharibələr, münaqişələr, məzhəb ayrı-seçkiliyi var".


Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə QMİ-nin təşkilatçılığı ilə keçirilən konfransda bildirib.
QMİ sədri qeyd edib ki, bu gün 9 may günüdür və faşizm üzərində Qələbənin 70 illiyi qeyd edilir:

"Bu gün atalarımız babalarımız faşizm üzərində qələbə çalıblar. Onların bəziləri müharibədən qayıtmaylıblar. Biz hamımız bu əziyyəti görüb, keçmişik. İndi onlardan çox az insan sağ qalıb. Biz qalanlara can sağlığı, ölənlərə rəhmət diləyirik. Təbii ki, biz Azərbaycan torpaqları uğrunda şəhid olanları da, ötən əsrin əvvəllərindən tutmuş indiyədək erməni estremistləri tərəfindən soyqırıma məruz qalan soydaşlarımızı da rəhmətlə anırıq".

Açar sözlər:

Oxunub: 359