"Azərişıq"a məxsus sayğaclar yandı


22:26     17 Fevral 2018 yangin_38673636.jpg

Gündüz saatlarında Şəkidə yanğın faktı qeydə alınıb.


Femida.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərdə yol kənarında hasara quraşdırılmış elektrik lövhəsində 15 ədəd elektrik sayğacı yanıb. Yaxınlıqdakı tikililər və transformator yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Azərişıq   #elektrik   #sayğac  

Oxunub: 549