Qanunsuz ov edən şəxslərdən 42 silah götürülüb


23:15     17 Fevral 2018 qanunsuz%20ovcu.jpg

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya”nın icrası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə Tədbirlər Planı təsdiq edilib və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu işçı qrup yaradılıb və görülmüş işlər haqqında hesabat hazırlanıb.


Bu barədə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən məlumat verilib.

2017-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozuntu faktları ilə əlaqədar 1383 akt, 304 protokol tərtib edilib. Tərtib edilmiş akt və protokollara əsasən təbiətə dəymiş ziyan 136100,16 manat məbləğində müəyyən olunub, inzibati qaydada 167630 manat cərimə tətbiq edilib. 29 iş hüquq mühafizə orqanlarına, 142 iş aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib.

Ötən il xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında ov edən şəxslərə qarşı 45 akt və 50 protokol tərtib edilərək onlardan 42 ədəd ov silahı və 271 ədəd patron götürülüb, həmin şəxslərə qarşı 46730 manat məbləğində cərimə və 1864,5 manat məbləğində iddia tətbiq edilib.


Femida.az

Açar sözlər: #Ovçu   #Ekologiya  

Oxunub: 468