Azərbaycan buğda idxalını azaldıb


23:38     17 Fevral 2018 bugda.jpg

Azərbaycan ötən il 1,2 milyon ton buğda idxal edib. Bu, 2016-cı ildə qeydə alınan göstəricidən 25 faiz azdır.


Femida.az -ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

“Ötən il ölkədə taxılçılıq sahəsində müəyyən uğurlar əldə edilib. Nəticədə biz 2017-ci ildə 1,2 milyon ton buğda idxal etdik. 2016-cı ilə bu rəqəm 1,6 milyon tona bərabər idi. Ümumilikdə ötən il buğdanın idxalına 227 milyon dollar xərclənib. İdxal olunan buğda ölkədə istehlakın 37 faizini təşkil edib”, - deyə nazir bildirib.

H.Əsədov onu da əlavə edib ki, Azərbaycan bu il taxılyığma texnikası alacaq:

“Bizim taxılyığma kombaynlarının tədarükü ilə bağlı müqaviləmiz var. Onların tədarükü apreldən başlayacaq. Bu il biz 190 ədəd kombayn almağı planlaşdırırıq”.

Açar sözlər: #Kənd   #Təsərrüfatı  

Oxunub: 493