SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb


00:32     18 Fevral 2018 18_02_17_1518885260.jpg

Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya uğrayıb.



Femida.az xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.
Qəza nəticəsində maşında olan 23 tona yaxın benzin ətrafa dağılıb.

Ətraf mühitə nəzarət departamenti dəymiş ziyanın həcmini müəyyən edəcək.

Açar sözlər: #SOCAR   #Gürcüstan   #Qəza  

Oxunub: 934