Salyanda yanğın: 5 baş heyvan tələf olub


01:34     18 Fevral 2018 yanginn.jpg

Salyanda yanğın baş verib.

Femida.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şorsulu kəndində ümumi sahəsi 245 m² olan tövlədə baş verib. Nəticədə tövlənin taxta atmaları, içərisinə yığılmış 20 ton ot bağlamasının 10 tonu və kisələrə yığılmış 2 ton buğdanın 500 kiloqramı yanıb. Yanğın zamanı tövlədə olan 5 baş heyvan tələf olub. Ot bağlamasının, buğdanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Açar sözlər: #Yanğın   #Salyan  

Oxunub: 604