Ermənistanda şok olay: Hərbçi məktəblini zorladı


01:55     18 Fevral 2018 18_02_17_1518890502.jpg

Ermənistanda hərbi qulluqçu azyaşlıya şagirdə təcavuz edib.


Ordu.az “Shamshyan.com” saytına istinadən xəbər verir ki, Sünik vilayətinin polis idarəsinin şöbəsi tərəfindən 16 yaşlı qıza təcavuz edilməsi faktı üzrə araşdırmalara başlanılıb.

Məlum olub ki, Ermənistan ordusunun N nömrəli hərbi hissəsinin 19 yaşlı hərbi qulluqçu, xidmət etdiyi yerin inzibati ərazisinə aid şəhər məktəbinin 8-ci sinif şagirdi ilə cinsi münasibətdə olub.

Araşdırma zamanı həkimlərin verdiyi məlumata görə azyaşlı hamilədir. Polislər təcavuzə məruz qalan azyaşlını və onun anasını taparaq istintaqa cəlb ediblər.

Femida.az

Açar sözlər: #Ermənistan   #Ordu   #Əsgər   #Zorlama  

Oxunub: 958