Türkiyə daha bir şəhid verdi


13:22     18 Fevral 2018 2-asker-sehit-4-asker-yarali_x_7541671_37.jpg

Türkiyənin afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində daha bir türk hərbçisi həlak olub.


Femida.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Baş Qərargahı bəyan edib.

Həmçinin qeyd olunur ki, Hakkari vilayətinin Şəmdilli rayonunda terrorçuların hücumu nəticəsində daha bir hərbçi həlak olub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Femida.az

Açar sözlər: #Türkiyə   Afrin   #Suriya  

Oxunub: 588