Sarkisyan Türkiyəyə barışıq təklif etdi


14:00     18 Fevral 2018 2015-06-27-10-11-44serj-sarkisyan-full-640.jpg

" Mənim təşəbbüsümlə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ölkələrimiz və bölgə üçün yeni imkanlar yarada bilər "

Femida.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik Konfransında deyib.

Sarkisyan çıxışı zamanı təklif edib ki, Türkiyə ilə danışıqlar yeni sənəd üzrə aparılmalıdır:

"Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir. Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Bununla belə münasibətlərin qurulmasına dair protokollar kağız üzərində qalıb"

Sarkisyan, həmçinin deyib: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb. Yeni şərtlər üzrə danışıqlar artıq yeni sənəd üzərində aparılmalıdır”.

Femida.az

Açar sözlər: #Ermənistan   #Sarkisyan   #Türkiyə  

Oxunub: 1665


Oxşar xəbərlər