Təyyarə evin üzərinə düşdü: ÖLƏN VAR


14:17     18 Fevral 2018 2018/02/qeza_teyyare_1518934730.jpg

Şənbə günü Venesuelanın Bolivar ştatında kiçik təyyarənin yaşayış evi üzərinə düşməsi nəticəsində bir nəfər həyatını itirib.


Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuelanın Mülki Müdafiə Xidməti məlumat yayıb.

"Cessna" təyyarəsi evin üstünə Südad-Bolivar şəhərində düşüb. Ardınca hadisə yerində yanğın başlayıb.

Xilasedicilərin ilkin məlumatına görə, təyyarənin pilotu yaralanıb, onun sərnişini - təyyarənin məxsus olduğu şirkətin sahibi alovda yanaraq ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 792