Göygöldə 2 ayın gəlini evdən qaçdı - VİDEO

Göygöldə 2 ayın gəlini evdən qaçdı - VİDEO

14:41     18 Fevral 2018 2018/02/14f7af104a153792d1f4835adab1a658_1518934630_1518936261.jpg

Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Rayonun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva 8 gündür itkin düşüb.



Qayınatası bildirib ki, gəlinini saç feni almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb.

Gəlinin qayınanasının sözlərinə görə, Asiya oğlu Royal Bayramovla öz istəyi ilə ailə qurub. Evi tərk edənə qədər münasibətlərdə heç bir problem olmayıb.

Qızın valideynləri də məsələnin hansı səbəbdən baş verdiyini bilmir. Ailə itən gəlin üçün çox böyük narahatlıq keçirir. Qayınatası hətta onun tapılmasına kömək edəcək şəxsə mükafat vəd edib.

Qeyd edək ki, məsələ ilə bağlı Göygöl rayon hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.




Femida.az

Açar sözlər: #Göygöl   #Gəlin   #İtkin  

Oxunub: 1369