Atəşkəs bütün istiqamətlərdə pozuldu: düşmən gərginlik yaradır
15:16 18 Fevral 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 657
Oxşar xəbərlər
- Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib
- Müdafiə Nazirliyi düşmən təxribatının detallarını AÇIQLADI
- Müdafiə Nazirliyi həkim işçilər axtarır
- Müdafiə Nazirliyi: “Qeyri-rəsmi məlumat və videoları yaymayın”
- "Yarımçıq qalan arzular..." - Şəhid baş leytenantın evindən REPORTAJ (FOTOLAR)
- HHQ-nin yeni hərbi hissəsinin açılışı oldu - FOTOLAR
- Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
- Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
- Atəşkəs yenə pozuldu - Düşmən gərginlik yaradır
- Müdafiə Nazirliyi valideynlərə müraciət etdi