İsrail ordusu Qəzza zolağına zərbələr endirib


15:33     18 Fevral 2018 2018/02/abs_qirici_f_16_1518939306.jpg

Israil ordusu HƏMAS hərəkatının Qəzza zolağındaki mövqelərinə aviazərbələr endirib.


Femida.az-ın verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətinin Tvitter-də dərc edilən məlumatında bildirilir.

"Ümumilikdə bizim qüvvələr HƏMAS-ın 18 mövqeyinə cavab zərbələri endirib",- məlumatda qeyd olunur.

Aviazərbələrin HƏMAS tərəfindən İsrail hərbi patrulun fuqas vasitəsi ilə partladılmasına cavab olaraq həyata keçirildiyi bildirilib.

Femida.az

Açar sözlər: #İsrail   #Aviazərbə   #HƏMAS  

Oxunub: 470