İranda təyyarə qəzaya uğradı - 66 nəfər ölüb (Yenilənib)


17:11     18 Fevral 2018 2018/02/teyyare_3784776_1518941791.jpg

İranda qəzaya uğrayan sərnişin təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.


Bu barədə İranın İSNA agentliyi sərnişin təyyarəsinin məxsus olduğu "Aseman Airlines" aviaşirkətinə istinadən məlumat yayıb.

Qəza zamanı sağ qalan olmayıb.

***

İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda qəzaya uğrayıb.

"Tasnim" agentliyinin yayıdığı xəbərə görə, yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 66 nəfər var. Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, sıx duman səbəbindən qəza baş verən ərazidə təyyarənin qalıqlarını aşkar etmək mümkün olmayıb.

Femida.az

Açar sözlər: #Təyyarə   #Tehran  

Oxunub: 970