Bakının iki yolunda sürət həddi endirildi


16:44     18 Fevral 2018 suret%20heddi.jpg

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında - Heydər Əliyev prospektindən Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.


Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

Femida.az

Açar sözlər: #Bakı   #yol  

Oxunub: 565