Qazaxda yol qəzası - 2 ağır yaralı var


19:11     18 Fevral 2018 Qeza2.jpg


Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın report-a istinadən məlumatına görə, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Xəlilova Zülfiyyə Azad qızı, 1963-cü il təvəllüdlü Qasımova Mətanət Ağaməhəmməd qızı və onun həyat yoldaşı Azad Xəlilov, habelə nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıblar.

Yaralılardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti isə qənaətbəxşdir.

Açar sözlər: #Qazax   #qəza  

Oxunub: 791