Metrodan istifadə edənlərə ŞAD XƏBƏR


01:45     19 Fevral 2018 1437999404_metrokart.jpg

Rusiyanın “Metrovaqonmaş” MMC şirkəti “81-765/766” modelli iki beşvaqonlu qatarın Bakıya tədarükü ilə bağlı müqavilə imzalayıb.


Femida.az xəbər verir ki, bu barədə şirkətin daxil olduğu “Transmaşholdinq” (TMH) bildiriblər.

“Hər qatarda iki baş və üç mühərrikli aralıq vaqon var. Vaqonların hesablanmış xidmət müddəti 31 il təşkil edir”, - deyə, məlumatda bildirilir. İlk qatarların mart ayında Bakıya gətiriləcəyi gözlənilir, müqavilə 2018-ci il ərzində icra olunmalıdır.

Qeyd edək ki, bu qatarlar əvvəlki modellərlə müqayisədə birbaşa qapı keçidlərinə, həmçinin qapıların bağlanılması və açılması üçün yeni işıq bildiriş sisteminə, səsboğucu qurğularla təchiz edilmiş təkərlərə, kondisioner, ventilyasiya və havanın zərərsizləşdirilməsi sisteminə malikdir.

Sonuncu dəfə Azərbaycana yeni metro qatarları 2015-ci ildə gətirilib. Həmin vaxt “Metrovaqonmaş” Fransanın Alstom şikrəti ilə birlikdə birbaşa keçidli vaqonlara malik üç qatarı Bakı metrosuna təqdim etmişdi.

Açar sözlər: #Metro   #Qatar   #yeni  

Oxunub: 2789