Kərəm Həsənov vətəndaşlarla görüşəcək - TƏLƏSİN


15:03     19 Fevral 2018 kerem%20hesenov.jpg

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 23-də Xaçmaz rayonunda vətəndaş qəbulu keçirəcək.


Komitədən Femida.az-a bildirilib ki, qəbul saat 10:00-da Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Xaçmaz rayonu ilə yanaşı, Quba, Qusar, Şabran rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaq istifadəçiliyi və inzibatçılığı, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 200 və 105), komitənin 13 saylı ərazi şöbəsinin (2332) 5-39-72; 5-33-55; 5-12-27, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsinin (02332) 5-00-18 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Eyni zamanda, qəbula yazılmaq üçün komitənin 13 saylı ərazi şöbəsinin Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi 7b, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsinin Xaçmaz şəhəri, AZ 2704, Heydər Əliyev prospekti 9A ünvanlarına müraciət etmək olar.


Femida.az

Açar sözlər:

Oxunub: 972