Daha 3 kənd terrorçulardan azad edildi


17:12     19 Fevral 2018 2018/02/04eb67b2-568f-4042-8773-c3289af2b13f_1519031623.jpg

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı yeni məlumat açıqlanıb.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatında bu günədək 1641 terrorçu zərərsizləşdirilib.

Məlumatda qeyd olunub ki, ötən gün Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib, üç kənd - İkidam, Şeltah, Merseva və Racu bölgəsinin qərbindəki təpəliklər terrorçulardan təmizlənib.

Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 72-ə çatıb.

Femida.az

Açar sözlər: #Afrin   #Suriya   #Türkiyə  

Oxunub: 715