İş adamı 5 Qarabağ qazisinə mənzil bağışlayacaq


20:43     19 Fevral 2018 18_02_19_1519044372.jpg

Azərbaycanın tanınmış iş adamı, "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti, Avropa Azərbaycan Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş qazilərə növbəti dəfə mənzil verəcək.


Bu haqda Femida.az-a Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun mətbuat xidmətindən daxil olan məlumatda qeyd olunub.

Xəbərdə bildirilir ki, fevral ayının 18-də Fizuli Məmmədov Azərbaycan xalqının ümummili lider Heydər Əliyevin mayın 10-da baş tutacaq 95 illik yubileyi ərəfəsində daha 5 Qarabağ qazisinə mənzil bağışlamaq qərarını açıqlayıb.

Verilən xəbərə görə, hər bir mənzil Avropa stilində təmir ediləcək və məişət avadanlığı ilə təmin olunacaq.

Artıq xüsusi komissiya mənzil alacaq qaziləri də müəyyən edib. Qərara görə bu dəfə Xəzər Əbdürrəhmanov, Kamil Musəvi, Eşqin Hüseynov, Arzu Məmmədov, İlkin Talıbov Vətən qarşısında xidmətlərinə görə mənzillə mükafatlandırılacaqlar.

Femida.az

Açar sözlər: #İşadamı   #Mənzil   #Hədiyyə  

Oxunub: 1222