Şəhid ailəsi və müharibə əlilləri üçün Prezident təqaüdü artırıldı - SƏRƏNCAM


23:58     19 Fevral 2018 345135_456625serencam01.jpg

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailəsi, müharibə əlilləri və 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən Prezidentinin təqaüdünün artırılması haqqında sərəncamlar imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamlar sözügedən şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə imzalanıb.

Sərəncamla şəhid ailələri və eləcə də əlillər üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncamlara uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncamlara uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Femida.az

Açar sözlər: #şəhid   #təqaüd   #prezident   #sərəncam   #əlil   #20yanvar  

Oxunub: 2555