Sumqayıtda qadını zorlayıb öldürənə 20 il həbs tələbi - FOTOLAR


15:33     20 Fevral 2018 2018/02/1502356647_d4_41502275883_91502276065-1-(1)_4557337392.jpg

Sumqayıtda qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.


Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Eldar Mikayılovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək F.Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.



Qeyd edək ki, hadisə 2017-ci il avqustun 7-də Sumqayıt şəhərindı baş verib. 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü, bir uşaq anası olan Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb. Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb və meyitini orada qoyaraq qaçıb.

F.Nuriyev də ailəlidir və 1 övladı var.



Femida.az

Açar sözlər: #Hökm   #Cinayət  

Oxunub: 4320