Üç nəfərin yaralandığı partlayışla bağlı RƏSMİ AÇIQLAMA
16:14 20 Fevral 2018
Daxili İşlər Nazirliyi Abşeronda çörəkbişirmə sexində baş verən partlayışla bağlı məlumat yayıb.
DİN-dən Femida.az-a verilən məlumata görə, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kvm. olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
Nəticədə qapı və pəncərə çərçivələri, habelə tavan və dam örtüyünün bir hissəsi dağılıb, eləcə də 50 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyən qəsəbə sakinləri Natiq Əmrahov, arvadı Elmira və qohumu Qızılgül Əmrahova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Femida.az
Oxunub: 492
Oxşar xəbərlər
- Melitopol şəhərində partlayış baş verib
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub
- Yəməndə silah anbarında partlayış olub, ölən və yaralananlar var
- “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən şəxslərin məhkəməsi başlayır
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
- Kabildə məbəddə partlayış baş verib
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb