Türkiyə Afrində mövqeyini gücləndirir - Ölən terrorçuların sayı 1715-ə çatdı


16:24     20 Fevral 2018 18_02_20_1519115083.jpg


Türk ordusu Afrində keçirilən “Zeytun budağı” əməliyyatının başlanğıcından indiyə qədər 78 mövqedə nəzarəti ələ keçirib.

Femida.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.

Məlumata görə, “Zeytun budağı” əməliyyatı çərçivəsində gecə ərzində Kilisdən terrorçu mövqelərinə artilleriya zərbələri endirilib, Raco və Cinderesdə şiddətli atışmalar davam edib.

32 gün ərzində zərərsizləşdirilən terrorçu sayı isə 1715-ə yüksəlib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatına yanvarın 20-də başlanılıb.

Açar sözlər: #Afrin   #Türkiyə   #ordu   #terror  

Oxunub: 814