Zakir Həsənov Belarusa gedir


16:59     20 Fevral 2018 zakir62.jpg

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.


Müdafiə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, işgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #ZakirHəsənov   #Belarus  

Oxunub: 875