Kəlbəcərli girovların şikayətinə baxılacaq


17:48     09 May 2015 1414485286_308fae9cfadd.jpg

Qondarma Dağlıq Qarabağın "Ali Məhkəməsi" Dilqəm Əsgərov və Şahbaz Quliyevin şikayətinə baxacaq.


Femida.az en.azvision.az-a istinadən xəbər verir ki,bunu Şahbaz Quliyevin vəkili Arkadi İsraelyan deyib.

O bildirib ki, məhkəmə prosesi Mayın 27-də keçiriləcək.

Xatırladaq ki, Kəlbəcərdə doğma torpaqlarını ziyarət edərkən girov götürülən Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 439