Bakıda 25 minə çaxır satılır – Foto


18:44     20 Fevral 2018 18_02_20_1519123621.jpg

Alğı-satqı saytlarında fantastik qiymətə spirtli içkilər satışa çıxarııb.


Femida.az xəbər verir ki, 1995-ci ildə Moldovadan alınan çaxır olduqca yüksək qiymətə satışa təqdim edilib. “Garling” kolleksiyasına məxsus qırmızı tünd üzüm çaxırı xüsusi "skripka" görünüşlü qablaşdırmanın içərisindədir. Çaxır nə az, nə çox, düz 25.000 manata təqdim edilib.

Bundan başqa, alğı-satqı saytında “Camus Napoleon” konyak kolleksiyasına daxil olan və bu növdə yeganə olan içki də satışa çıxarılıb. 45 illik konyak 1.800 manatadır.

1999-cu il istehsallı qılınc formasında Çexiya konyakı isə 700 manata təqdim edilib. Qılınc şəklində olan şüşə qablaşdırmada yerləşən konyak hədiyyəlik nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #çaxır  

Oxunub: 1129