Səfirlikdən küçədə yaşayan azyaşlı barədə AÇIQLAMA


19:50     20 Fevral 2018 18_02_20_1519127334.jpg


Bu gün yerli KİV-lərdə Fransada küçədə yaşayan azərbaycanlı ailəsi barədə bəzi məlumatlar yayılıb. Xəbərdə deyilir ki, Laval şəhərində qışın soyuğunda küçədə gecələməli olanlar arasında 9 yaşlı azərbaycanlı qız Fatimə də var.

Virtualaz.org yerli “francebleu” nəşrinə istinadən yazıb ki, Fatimənin ailəsi Fransaya 3 il bundan əvvəl Azərbaycandan gəlib. Son 9 aydır ki, onlar küçədə gecələməli olurlar. Hər gecə onlar yatmaq üçün ayrı yer tapmağa məcburdurlar.

“Küçədə yaşamaqdan xoşum gəlmir. Daimi evimin olmasını istərdim. Yer tapa bilməyəndə gecələmək üçün xəstəxanaya gedib, qəbul şöbəsindəki stullarda yatırıq. Stulda oturaraq yatmaq çox çətindir”, - Fatimə jurnalistlərə bildirib.



Femida.az məlumatın nə dərəcədə həqiqət olduğunu aydınlaşdırmaq üçün Azərbaycanın Fransadakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən bildiriblər ki, hazırda bu xəbər araşdırılır. Səfirliyin əməkdaşları Laval şəhərində evsizlər üçün təşkil olunan yardım mərkəzi ilə təmasa keçib. Bu haqda əlavə məlumat dəqiqləşəndən sonra veriləcək.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Fransa   #Azərbaycan   #səfirlik   #uşaq   #ailə  

Oxunub: 1095