“Mənim heç nəyim yanmayıb” - Ziya Məmmədov
20:11 20 Fevral 2018
Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov İsmayıllı rayonunda ona məxsus olduğu iddia edilən evin yanması barədə yayılan xəbərlərə münasibət bildirib.
Femida.az xəbər verir ki, Z. Məmmədov Sfera.az-a açıqlamasında deyib ki, onun evinin yanması barədə yazılan xəbərlər yalandır:
“Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni, bu, hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyətim yanmayıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon İcra Hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil".
Ziya Məmmədov evinin yanması barədə xəbərlər haqda deyib: “Bu, jurnalist dələduzluğudur. Buna başqa ad vermək mümkün deyil”.
Femida.az
Oxunub: 1296
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- Səudiyyə Ərəbistanında Həcc ziyarəti adı ilə dələduzluğa görə 15 nəfər həbs edilib
- Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib
- Allahşükür Paşazadə Ümrə ziyarətinə gedir
- Ermənistan ziyalıları Paşinyanı sülh müqaviləsi bağlamağa çağırıblar
- Ziya Məmmədovdan nəvəsi üçün yığlan "unitaz"lı maşın xəbərinə reaksiya (VİDEO)
- Maqsud Mahmudovun şəriki: "Mənə hədə-qorxu gəldi, 300 min manat ziyana düşdüm"
- Zərərçəkmiş: "Maqsud Mahmudov mənə 335 min manat ziyan vurub"
- “Bayraktar”ın Rusiya ordusuna vurduğu ziyan açıqlanıb