Yağışdan sonra Bakının su basan əraziləri - SİYAHI
02:09 21 Fevral 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) subasma sahələrinin müşahidə edildiyi əraziləri açıqlayıb.
Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib ki, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabunçu rayonunun Savalan yaşayış massivində, "Daş karxanası" adlı yaşayış massivində, Maştağa qəsəbəsində Nizami küçəsi boyunca və ətraf ərazilərdə, Yeni Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi"ndə subasma hadisələrində aktivlik müşahidə edilir:
"Subasma hadisələrinin baş verməsi əraziyə düşən atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədardır. Qrunt sularının təmizlənməsi üçün ərazidə drenaj şəbəkələri qurulmalıdır. Drenaj şəbəkəsi qrunt sularını yığır və ərazidən uzaqlaşdırır. Sadalanan ərazilərdə isə bu şəbəkə yoxdur".
Qeyd edək ki, fevralın 18-də bütün gün ərzində Bakıda və Abşeron yarımadasında aramsız yağışlar yağıb.
Femida.az
Oxunub: 954
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb