49 saylı avtobusun sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atdı - VİDEO


02:16     21 Fevral 2018 2018/02/5a8c51fccc075_avt_1519151889.png

Bakıda içərisi sərnişinlə dolu olan 49 saylı avtobusun sürücüsü təhlükəli manevr edib.


Görüntülər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində lentə alınıb.
Avtobusun qarşısında bir avtomobilin asta sürətlə hərəkət etdiyi hiss olunur. Sürücü isə həmin minik maşınının yavaş getdiyini görüb, əks istiqamətə çıxaraq onu keçir.
O, bu hərəkəti ilə sərnişinlər və qarşıdan gələn avtomobillər üçün təhlükə yaradır.
Həmin sürücünü tapıb, bunun səbəbini soruşduq.
Sözügedən daşıyıcı şirkətin xətt nəzarətçisi Məqsəd Baratov isə bildirdi ki, həmin sürücü cəzalandırılacaq.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülər araşdırılacaq. Daşıyıcı şirkətin rəhbərliyinə, anoloji hadisənin təkrarlanmaması üçün xəbərdarlıq ediləcək.



Femida.az

Açar sözlər: #avtobus   #sürücü   #sərnişin  

Oxunub: 1137