Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb
04:00 21 Fevral 2018
Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”da dəyişikliklər edib.
Femida.az-ın məlumatına görə, qərara əsasən ali təhsilin magistratura səviyyəsi üzrə “ Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “ Əqli mülkiyyət hüququ”, “ Əmək hüququ: sosial təminat hüququ”, “ İdman hüququ” və “Turizm hüququ” ixtisasları yaradılıb.
Eyni zamanda “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində “ Musiqi texnologiyaları”, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində “Davamlı inkişafın siyasi idarə edilməsi”, “Davamlı inkişafda insan potensialı”, “Davamlı inkişafın planlaşdırılması”, “Davamlı insan inkişafı” və “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi”, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”,“ Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş” ixtisasları yaradılıb.
Femida.az
Oxunub: 1090
Oxşar xəbərlər
- Nazirlər Kabinetində koronavirusla bağlı müzakirə
- Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verildi
- Beynəlxalq sərnişin və yük daşımalarına dair yeni tələblər müəyyənləşib
- Vergidən yayınma faktı: 614 cinayət işi bağlanıb
- Rüşvət verənlərin işi məhkəməyə göndərilib
- Nazarbayev nazirlərə rus dilində danışmağı qadağan etdi
- Nazirlər Kabinetində iclas keçirib