Gənc qadın ərinin xəyanətinə dözməyib 4 iynə UDDU - Bakıda


14:16     21 Fevral 2018 18_02_21_1519193933.jpg

Bakıda gənc qadın intihara cəhd edib.

Femida.az report.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda baş verib.

1989-cu il təvəllüdü T.A (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib. Lakin evdə olan ailə üzvləri T.A-nı dərhal xəstəxanaya çatdırıb. İynələr cərrahi əməliyyat yolu ilə onun bədənindən çıxarılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xəsarət alan şəxsin yaxınları bildirib ki, T.A-nın intihara cəhd göstərməsinə səbəb onun həyat yoldaşının başqa qadınla görüşməsi olub.

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi BƏYƏNİN

Femida.az

Açar sözlər: #bakı   #qadın   #intihar  

Oxunub: 1797