Sumqayıtda lift qırıldı: 3 nəfər ağır yaralandı (FOTO)


14:39     21 Fevral 2018 18_02_21_1519195348.jpg

Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyikliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi BƏYƏNİN

Femida.az

Açar sözlər: #Sumqayıt   #Qəza   #Lift  

Oxunub: 1801