İlham Əliyev İranın müdafiə nazirini qəbul etdi (YENİLƏNİB)


16:04     21 Fevral 2018 18_02_21_1519200413.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

11:42

İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Azərbaycana səfərə gəlib.

Femida.az xəbər verir ki, bu gün İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər fevralın 22-dək davam edəcək.


Femida.az

Açar sözlər: #İran   #Azərbaycan   #tehran   #Bakı   #Nazir   #Hərb  

Oxunub: 955