Yolu keçmək istəyirdi, təkərlər altında qaldı


16:26     21 Fevral 2018 piyada5.jpg

Bakı şəhərində yolu keçən piyadanı maşın vuraraq öldürüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 20-də saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Bakı şəhər sakini Mayil Məsimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Tarıqulu Orucovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Piyada   #Qəza  

Oxunub: 724