Sekuta Azərbaycandakı seçkilərdən danışdı


16:42     21 Fevral 2018 robert_sekuta_01.jpg

"Biz hələ bu işin ilkin mərhələsindəyik. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin Azərbaycana gələcəyi barədə məlumatımız var".


Femida.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanda keçiriləcək prezident seçkilərində ABŞ tərəfdən müşahidəçilərin olub-olmayacağı barədə suala cavabında deyib.

Səfir ABŞ dövlət katibinin köməkçisinin müavini Bricet Brinkin Azərbaycanda səfərdə olarkən seçkilərlə bağlı müəyyən fikirlər səsləndirdiyini də xatırladıb: "Mən isə dövlət katibi Reks Tillersonun Misirdəki seçkilərlə bağlı fikirlərinə istinad etmək istəyirəm. O bildirib ki, ABŞ bütün ölkələrdə olduğu kimi, Misirdə də şəffaf və nəticəsinə inanıla bilən seçkilərin keçirilməsinin tərəfdarıdır. Elə bir seçkilər ki, orada hər bir vətəndaşa öz seçimini, öz mövqeyini ədalətlə və azad şəkildə ifadə etmək imkanı yaradılsın. Biz bu məqamlara diqqət yetirərək fikrimizi açıqlayacağıq".

Femida.az

Açar sözlər: #Sekuta   #Seçki  

Oxunub: 826