Zəvvarlarımızın gediş və dönüş vaxtı açıqlandı


18:02     21 Fevral 2018 zevvar1.jpg

Azərbaycandan olan zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi məlum olub.


Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Femida.az-a verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə səfər avqustun 14, 15 və 16-da baş tutacaq.

Zəvvarların Səudiyyə Ərəbistanından dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb.

Zəvvarlar Azərbaycandan Həccə yalnız təyyarə ilə yola salınacaq, Yaxın şərqdəki münaqişələr səbəbindən bu il də avtobusla səfərlər nəzərdə tutulmayıb. Uçuşları Azərbaycan Hava Yolları (AZAL) həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 dollardır.

Azərbaycanda Həccə sənəd qəbulunu rəsmi olaraq QMİ həyata keçirir. Bu ilə Azərbaycana Həcc ziyarəti üçün 2000 kvota ayrılıb.

Femida.az

Açar sözlər: #Zəvvar   #həcc  

Oxunub: 780