Neftçalada yeni avtomobil istehsalı başlayır


20:06     21 Fevral 2018 2018/02/902381_1519214852.jpg

Neftçala Avtomobil Zavodunda istehsal ediləcək ilk avtomobillərin adı "Crown" (tac) olacaq.


Femida.az xəbər verir ki, bunu "Report"a "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

E.Axundovun sözlərinə görə, ilk olaraq iki komplektasiyada maşın istehsal olunacaq: "Bu avtomobillər ixraca nəzərdə tutulduğu üçün adı da ona uyğun seçilib. İlk olaraq iki komplektasiya avtomobil istehsal edilməsi nəzərdə tutulub. Bu, "S 5" (sadə) və "L 5" (lüks) seriyalı avtomobillər olacaq. Hər iki avtomobil mexaniki ötürücü qutusuna malik olacaq".

"Azərmaş" rəsmisi qeyd edib ki, zavodun açılışı mart ayının sonuna planlaşdırılır və açılışdan bir ay sonra ilk avtomobillər satışa çıxarılcaq: "Bu avtomobillər "Peugeout"nun bazasında yığılacaq. Avtomobillərin qiyməti 14-16 min manat arasında dəyişəcək. Mühərrikin həcmi isə 1,7 litr olacaq".

Femida.az

Açar sözlər: #Avtomobil   #Zavod   #Crown  

Oxunub: 2955