Türkiyə daha bir kəndi YPG-dən aldı


22:59     21 Fevral 2018 2018/01/afrin-turk-ordu_1516864032.jpg

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanin Afrin bölgəsində apardığı "Zeytun Budağı" əməliyyatı çərçivəsində yeni ərazini YPG-dən aldığı açıqlanıb.


Bu barədə TSQ məlumat verib. Alınan yerin Uverkan kəndi olduğu bildirilib. Bununla da "Zeytun Budağı" əməliyyatının başlanğıcından bu yana 90 nöqtə YPG-dən alınmış olub. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi bir həftəlik müddətin bitməsindən dərhal sonra Afrinə qarşı əməliyyatı 20 yanvarda başlatmışdı.

Femida.az

Açar sözlər: #Afrin   #Suriya   #Türkiyə    

Oxunub: 687