Qiyas İbrahimov yenə həbsdə qaldı


21:04     21 Fevral 2018 qiyas6.png

Bu gün Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.


Femida.az-ın məlumatına görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda qərar elan edilib. Şikayət təmin edilməyib.

Qeyd edək ki, Yasamala rayon Məhkəməsinin hökmü ilə Q. İbrahimovun cəzası 3 ay artırılıb. Atası Həsən İbrahimov isə aylıq qazancının 20 faizi tutulmaqla 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib.

Q. İbrahimov və atası H. İbrahimova qarşı Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (Məhkəməyə hörmətsizlik etmə) ilə cinayət işi başlanıb.

Q. İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda cəza çəkir.

O, Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Femida.az

Açar sözlər: #Həbs   #Məhkəmə    

Oxunub: 691