Netanyahu Putinlə görüşəcək


23:09     16 Sentyabr 2015 Putin-Netanyahu-e1340650422683.jpg

İsrail baş naziri Benyamin Netanyahu sentyabrın 21-də Rusiyaya işgüzar səfər edəcək.


Femida.az-ın verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.

Səfər çərçivəsində B. Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

İsrail baş nazirinin mətbuat xidmətindən verilən məlumatda isə qeyd olunur ki, Netanyahu Putinlə görüşdə rus hərbi mütəxəssislərinin Suriyadakı mövcudluğundan narahatlığı ifadə edəcək. Konkret olaraq İsrail baş nazirinin Suriyaya göndərilən müasir silahların “Hizbullah” və digər terror qruplaşmaların əlinə keçməsindən narahatlığını bildirəcəyini söylənilir.

Açar sözlər:

Oxunub: 811