Ermənistanda daha bir naməlum əsgər ölümü - Məzuniyyətdən yeni qayıtmışdı


21:32     21 Fevral 2018 18_02_21_1519220084.jpg


Ermənistanın hərbi hissələrindən birində hərbi qulluqçu Stepan Stepanyan ölüb.

Femida.az
Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan hələlik ölümün səbəbinin müəyyən edilmədiyini bildirib.

"Əsgər məzuniyyətdə idi, hərbi hissəyə qayıdıb, elə həmin gün vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, orada keçinib", - o deyib.

Öz növbəsində, ölən əsgərin doğulduğu Qarni kənd administrasiyasının rəhbəri Aqaron Saakyan hərbçinin bir neçə gün əvvəl xəstəxanaya yerləşdirildiyini, sosial təminatsız ailədən olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ölümün səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Femida.az

Açar sözlər: #erməni   #əsgər   #ölüm  

Oxunub: 750